Dünya

Sankt-Peterburq metrosuna çirkli və pis qoxulu paltarlarla girənlər cərimələnəcəklər

Sharing is caring!

Sankt-Peterburq metrosuna paltarsız və ayaqqabısız, yaxud çirkli və pis qoxulu paltarlarla daxil olanlar cərimələnəcəklər. Müvafiq qanun şəhərin Qanunvericilik Məclisi tərəfindən qəbul edilib.

Qanun həmçinin metroda başqa cərimələrin tətbiqini də nəzərdə tutur. Açıq yemək və içkilərlə səyahət etmək üçün 100 ilə 500 rubl arasında cərimə tətbiq edilə bilər. Analoji cərimələr falçılıq, pul yığmaq və musiqi alətlərində ifa etmək kimi hərəkətlərə də şamil olunur.

Xizək, motosiklet, velosiped, skeytbord, roliklər və skuterlərlə metroda hərəkət etmək üçün 500-dən 3000 rubla qədər cərimə tətbiq edilə bilər.

Dilənçilik 4000-dən 5000 rubla qədər, yanğınlar törətmək və pirotexniki vasitələrdən istifadə etmək isə 2000-dən 5000 rubla qədər cəriməni nəzərdə tutur.

Qanun rəsmi dərc edildiyi tarixdən 10 gün sonra qüvvəyə minir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir