Dünya

ABŞ Ali Məhkəməsinın ilk afroamerikalı hakimi qadın oldu

Sharing is caring!

Ketanci Braun Cekson ABŞ Ali Məhkəməsinin ilk afroamerikalı qadın hakimi olmaq üçün and içib.

Mərasimdə dövlət başçısı Co Bayden və vitse-prezident Kamala Harris də iştirak ediblər.

Məhkəmənin 83 yaşlı hakimi Stiven Breyerin təqaüdə çıxma qərarından sonra ABŞ prezidenti Breyerin yerinə Ceksonun namizədliyini irəli sürüb. Daha sonra 51 yaşlı qadının namizdəliyini ölkə Senatı da dəstəkləyib.

Beləliklə də, xanım Cekson ABŞ tarixində ilk dəfə Ali Məhkəmənin ilk afroamerikalı qadın hakimi olub.

Qeyd edək ki, Braun Ceksonun hakim kimi fəaliyyətə başlamasından sonra Ali Məhkəmədə qadın hakimlərin sayı 4-ə çatıb. Bu instansiyadakı hakimlərin ümumi sayı isə 9-dur.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir