Dünya

Ukraynada nüvə təhlükəsi: Rusiyalılar Zaporojye AES-də soyuducu hovuzları qurutmaq istəyirlər

Sharing is caring!

Soyuducu hovuzların qurudulması ciddi pozuntudur və nüvə təhlükəsizliyini təhdid edə bilər.

İşğal olunmuş Enerqodarda rusiyalılar Zaporojye AES-in işçilərini atom elektrik stansiyasının soyuducu hovuzlarını qurutmağa məcbur edirlər.

Bu barədə “Energoatom” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Nüvə terroru aktlarının törədilməsinə görə məsuliyyətdən azad olmaq üçün rusiyalı hərbçilər ukraynalı nüvə mütəxəssislərinə qarşı zor tətbiq edirlər. İndi onlar zorakılıq və işgəncədən istifadə edərək stansiyanın hidrotexniki idarəsinin işçilərini vadar edirlər ki, Zaporojye AES və Milli Nüvə Enerjisi İstehsalat Şirkəti olan “Energoatom” dövlət müəssisəsinin rəhbərliyi üçün bu hovuzların qurudulması zərurəti ilə bağlı əsaslandırılmalar uydursunlar”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, rusiyalı hərbçilər iyunun 29-da çoxsaylı bədən xəsarətləri ilə Enerqodar xəstəxanasına çatdırılan Zaporojye AES hidrosexinin dalğıcı Andrey Qonçaruku şiddətli şəkildə döyüblər.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir