Dünya

“Barselona”nın hücumçusu: “Azad yaşayanda belə olur”

Sharing is caring!

“Barselona”nın niderlandlı hücumçusu Memfis Depay sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə diqqət mərkəzinə düşüb.

28 yaşlı futbolçu ona qarşı olan qüvvələrin fəaliyyətindən şikayətlənib.

“Bir futbolçu kimi ətrafımda mənə qarşı müəyyən taktikanın hazırlandığını görürəm. Eybi yox, mən, onsuz da, favoritlər siyahısındayam. Bütün həyatım boyu zahiri görünüşümlə və davranışlarımla fərqlənməmişəm. Azad yaşayanda belə olur”, – Memfis Depay qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona”nın 28 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırlaşdığına dair xəbərlər dərc edilib.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilin sonunda başa çatır.

Mənbə: Memfis Depayın “Twitter” səhifəsi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir