Dünya manset

Rusiya Çinin vassalına çevrilib – Xruşovun nəvəsi

Sharing is caring!

Moskvadakı etirazlar Putinin populyarlığının azalmasının göstəricisidir.

XeberAl.az  xəbər verir ki, bu sözlər SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşovun nəvəsi Nina Xruşovanın “Project Syndicate” saytında yayımlanan məqaləsində yer alıb.

“20 il ərzində Rusiya elitasının düşmən fraksiyaları Putini öz maraqlarının, xüsusilə, maliyyə sahəsində əsas zəmanətçisi sayırdılar. Hazırda Rusiya iqtisadiyyatı sanksiyaların yaratdığı durğunluqla yüklənib, ona görə də Putin hakimiyyəti onlar üçün müdafiə vasitəsi yox, daha çox bariyer kimi görünməyə başlayır. İndi daha az rusiyalı 5 il öncə Krımın anneksiyası zamanı tez-tez eşidilən “Putin-Rusiyadır, Rusiya-Putindir” şüarı ilə razılaşır.

Rusiya elitası bilir ki, onların ölkəsi SSRİ kimi ABŞ-la nüvə silahlanması yarışına çox pis hazırlanıb. Bir müddət öncə Arktika sahillərindəki Rusiya poliqonunda nüvə raket mühərrikinin partlaması dərin köklü səriştəsizlik barədə xatırlatma oldu. Putindən fərqli olaraq rusiyalı elitalar həm də ABŞ-dan faktiki olaraq uzaqlaşmanın Rusiyanı Çinin vassal dövlətinə çevirməsindən narahatdırlar”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir