Dünya

NATO liderlərinin sammiti BAŞLADI

Sharing is caring!

İspaniyanın paytaxtı Madriddə təşkil edilən 32-ci NATO Sammiti dünən axşam kral sarayında İspaniya kralı VI Felipenin liderlərə verdiyi şam yeməyi ilə başlayıb.

Sammitə NATO-ya üzv olan 30 ölkənin dövlət və ya hökumət başçıları və dəvətli ölkə statusu ilə Hind-Sakit Okean hövzəsindən Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Avropadan Finlandiya, İsveç, Avstriya, İrlandiya, Malta, Cənubi Kipr, Bosniya və Hersoqovina və Gürcüstan, Şimali Afrikadan İordaniya və Mavritaniya qoşulub.

44 ölkədən 41-i dövlət və ya hökumət başçısı səviyyəsində təmsil olunur, ölkələrin xarici işlər və müdafiə nazirləri də sammitdə iştirak edir.

Sammitin rəsmi sessiyasından əvvəl liderlər birgə şəkil çəkdiriblər.

NATO-nun son illərin ən mühüm sammitinin rəsmi sessiyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı çıxışlarla başlayıb.

Günün ikinci yarısında sammitdə NATO-nun üzvü olan 30 ölkə ilə yanaşı NATO-ya üzvlük üçün müraciət edən Finlandiya, İsveç və Gürcüstan, Bosniya və Herseqovina, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreyanın dövlət və ya hökumət başçıları da iştirak edəcəklər.

Sammitin proqramı Prado Muzeyində şam yeməyi ilə başa çatacaq.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir