Dünya manset

ABŞ-da məhkəmə “Grace 1” tankerin saxlanılmasına dair order verib

Sharing is caring!

ABŞ-da məhkəmə Cəbəllütariq hökuməti tərəfindən azad edilən İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib.

XeberAl.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Kolumbiya dairə məhkəməsi ölkənin “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, bank fırıldaqçılığı və pulların yuyulması, eləcə də terrorçuluqla bağlı olduğu üçün müsadirə haqqında qanunlarının pozulduğunu əsas gətirərək tankerin və göyərtəsində olan bütün neft məhsulun, 995 min dollar vəsaitin müsadirə olunmasına dair qərar verib.

Əminliklə ifadə olunub ki, tanker ABŞ-ın daha əvvəl terror təşkilatı elan etdiyi SEPAH-ın maraqları naminə İrandan Suriyaya neft daşıyırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir