Dünya

Avropa hava məkanında fasilələr gözlənilir

Sharing is caring!

Almaniyada hava hərəkətinə nəzarətdə yaranan texniki çətinliklər bütün Avropa hava məkanında fasilələrə səbəb ola bilər.

Bu barədə Almaniyanın ən işlək hava nəqliyyatı qovşağı olan Frankfurt hava limanının operatoru məlumat verib.

“Gecikmələr və uçuşların ləğvi Frankfurt hava limanında da baş verəcək”, – deyə məlumatda qeyd olunur.

Şirkət Frankfurt yaxınlığındakı Langendə hava hərəkətini idarəetmə mərkəzində “texniki çətinliklər” barədə məlumat yayıb. Təfərrüat açıqlanmayıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir