Dünya

İspaniyada öz səhlənkarlıqlarına görə boğulanlar xilas olma xərclərini özləri ödəyəcəklər

Sharing is caring!

İspaniyanın Bask ölkəsində yerləşən San Sebastyan kurortunda səhlənkarlıqları ucbatından dənizə boğulmağa başlayan insanların xilasedicilərin pulunu özlərinin ödəməsini nəzərdə tutan qanun hazırlanır.

Bu barədə “The Guardian” xəbər verib.

Şəhərdə öz təqsiri ucbatından boğulmağa başlayan insanların – məsələn, sərxoş halda dalğalı dənizdə üzənlərin – sonradan xilasedicilərin xidmətlərinə görə ödəniş alacaqları qanun layihəsi hazırlanır.

“Mən heç vaxt buna görə bir avro, funt və ya ya dollar almaq istəməzdim. Amma bu qanunun  məqsədi belə hadisələrin qarşısını almaqdır. Bu mahiyyətcə mübahisəli qanun insanları iki dəfə düşünməyə vadar etmək məqsədi daşıyır”, – deyə şəhərin mülki təhlükəsizlik üzrə müşaviri Martin İbabe qeyd edib.

Qanun layihəsi iki il əvvəl hazırlanmağa başlayıb. İbabenin fikrincə, insanların “açıq-aşkar məsuliyyətsizlik” göstərdiyi halların sayının artması bu qanun üzərində daha fəal işlənməsinə təkan verib. Belə ki, məsələn, turistin estakadada içki içərkən axına qapılması və ya sərxoş qadının sürüşkənliyi ilə məşhur olan qayalıqlara qalxması bunu zəruri edib.

Belə hallarda ehtiyatsız turistlərin xilas edilməsi San Sebastian sakinlərinin hesabına baş verir. Bundan başqa, boğulanların köməyinə gedən xilasedicilərin özlərinin də təhlükə qarşısında qalması rəsmiləri narahat edir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir