Dünya

Kanada Baltik dənizinə iki hərbi gəmi göndərir

Sharing is caring!

İki Kanada hərbi gəmisi “Reassurance” (“Təminat”) əməliyyatı çərçivəsində dörd ay müddətinə Şimali Atlantik okeanı və Baltik dənizinə göndərilir.

Bu barədə Kanada Silahlı Qüvvələri məlumat yayıb.

“Kinqston” və “Sammerside” gəmiləri xüsusi heyət və minalardan təmizləmə avadanlığı ilə sahil müdafiə gəmisi kimi Baltikyanı ölkələrə göndərilir.

“Kanada NATO-nun Mərkəzi və Şərqi Avropada təhlükəsizlik və nəzarətin təmin edilməsi tədbirlərinə kömək etmək üçün iki “Kingston” sinifli sahil müdafiə gəmisi göndərir”, – deyə kommünikedə bildirilir.

İyul və oktyabr ayları arasında gəmilər NATO-nun Minalarla Mübarizə üzrə Birinci Daimi Qrupuna qoşulacaq.

Eyni zamanda “Halifax” və “Monreal” gəmiləri də Kanadaya qayıdacaq.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir