Dünya

Türkiyənin Batman şəhərində “Qarabağ parkı”nın açılışı olacaq – FOTO

Sharing is caring!

İyunun 30-da Türkiyənin Batman şəhərində Azərbaycan Ordusunun Qarabağda qazandığı hərbi zəfər münasibəti ilə “Qarabağ parkı”nın açılışı olacaq.

“Qarabağ parkı”nın sahəsi 15 397 kvadratmetr təşkil edir.

Parkda uşaqlar üçün oyun meydançası, dekorativ hovuz, baxış terrası və tematik parklar yaradılıb. 

Parkın açılışında Azərbaycanın tanınmış rəssamlarının əsərləri nümayiş etdiriləcək. Həmçinin parkın açılışında xalq artisti Azərin öz ifası ilə çıxış edəcək.

Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir