Dünya

NATO çevik reaksiya qüvvələrinin sayını 300 min nəfərə çatdıracaq: “Artıq Rusiya ilə dialoq mümkün deyil”

Sharing is caring!

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, artıq NATO ilə Rusiya arasında geniş dialoq mümkün deyil.

Şimali Atlantika Alyansının rəhbəri bildirib ki, NATO çevik reaksiya qüvvələrinin sayını 40 min nəfərdən 300 min nəfərə çatdıracaq.

O, həmçinin Gürcüstana dəstəklərini artıracaqlarını və orada daha çox təlimlər keçirməyi vəd edib.

“NATO-nun yeni konsepsiyasında Rusiya kollektiv təhlükəsizliyə təhdid hesab olunacaq”, – deyə Yens Stoltenberq fikrini tamamlayıb.

Mənbə: Segodnya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir