Dünya

Böyük Britaniya taxıl ixracını asanlaşdırmaq üçün Ukraynanın dəmir yollarını bərpa edəcək

Sharing is caring!

Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkənin dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə (təxminən 21 milyon manat) qədər vəsait ayıracaq.

Məlumatı Böyük Britaniya baş nazirinin ofisi yayıb.

“Bununla da Böyük Britaniya və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır”, – deyə bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, qarşıda ehtimal olunan ərzaq böhranı dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoya bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir