Dünya

Marmaris yanğınının nəticələri nümayiş olundu – VİDEO

Sharing is caring!

Marmarisdə baş verən meşə yanğını günlərlə davam edən gərgin səylərdən sonra söndürülüb.

Hadisə nəticəsində 4500 hektar meşə sahəsi məhv edilib.

21 iyunda başlayan yanğının söndürülməsinə 8 dəqiqə ərzində başlanılsa da, küləyin təsiri ilə alov sürətlə yayılıb.

Prosesdə 2 PUA, 15 təyyarə və 46 helikopter iştirak edib. 4 587 nəfər gecə-gündüz həyatı bahasına çalışıb.

Nəhayət, 87 saatdan sonra yanğın söndürülüb. Lakin onun nəticələrini belə tezliklə aradan qaldırmaq çətin olacaq.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir