Dünya

Türkiyədə çay daşıb avtomobilləri apardı – VİDEO

Sharing is caring!

Türkiyənin Zonquldağ bölgəsində Çaydamar çayı daşıb.

Hadisə səhər saatlarından bəri şəhər mərkəzində başlayan şiddətli yağış nəticəsində baş verib.

Çayın kənarındakı dayanacağın istinad divarında yaranan sürüşmə isə ərazidəki avtomobilləri təhlükə altında qoyub. Onlardan bəzisi suya qərq olaraq yararsız hala düşüb. Bəzi avtomobillər isə evakuator vasitəsilə xilas edilib.

Yağan leysan səbəbindən bəzi iş yerləri su altında qalıb. Bir sıra ofislər ehtiyat tədbiri olaraq boşaldılıb.

Həmçinin, bölgədə indiyədək 30 evin təxliyə edildiyi, 100-dən çox insanın təhlükəsiz zonaya köçürüldüyü bildirilib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir