Dünya

Banqladeşdə sel və daşqınlarda ölənlərin sayı 68-ə çatıb

Sharing is caring!

Banqladeşdə güclü yağışların səbəb olduğu sel və daşqınlarda həyatını itirənlərin sayı 68 nəfərə yüksəlib.

Rəsmi məlumatlara görə, son üç gün ərzində davam edən təbii fəlakət nəticəsində dörd mindən çox insan su mənşəli müxtəlif xəstəliklərə tutulub.

Daşqından zərər çəkmiş bölgələrdə humanitar böhran yaranıb. Ərzaq və içməli suyun paylanmasında ordu da iştirak edir.

Təkcə Silhet bölgəsində 56 min hektar çəltik sahəsini məhv edən sel digər bölgələrdə də əkinçiliyə ciddi zərər vurub.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir