Dünya

Hollandiyada ildırım çoxlu yanğınlara səbəb olub – VİDEO

Sharing is caring!

Hollandiyada şiddətli ildırımlar nəticəsində son sutka ərzində bir neçə yanğın hadisəsi baş verib.

Bu barədə NOS məlumat yayıb.

Limburq əyalətində bir şəhərdə ildırım vurduqdan sonra bir neçə avtomobilin olduğu yardımçı tikililər yanıb. Yanğınsöndürənlər alovun qonşu tikililərə keçməsinin qarşısını ala biliblər.

Həmçinin Qelderland əyalətinin Ubberqen kəndində də tikilinin damını ildırım vurub. Bütün sakinlər vaxtında təxliyə edilib və tələfat olmayıb, lakin dam örtüyünün böyük hissəsi dağılıb.

Bundan əlavə, Brabant əyalətindəki kəndlərdən birində evin bacasına ildırım düşüb və nəticədə başlayan yanğın tez bir zamanda söndürülüb.

Hollandiyada cümə günü bütün ölkə üzrə ildırım gözlənilir.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.