Dünya

Amerikalı qadın iki cüt əkiz uşaq dünyaya gətirdi

Sharing is caring!

Massaçusets sakini Eşli Ness iki cüt əkiz körpə dünyaya gətirib.

Qadın iki oğlan və iki qız doğub.

Həkimlərin sözlərinə görə, dörd əkiz uşaq dünyaya gətirmə ehtimalı 70 milyonda 1-ə bərabərdir.

Qadın bildirib ki, bundan sonra genişlənən ailəsinin rahat həyatının təmin edilməsinin qayğısına qalmalıdır.

“Mənə sərnişin mikroavtobusu lazımdır. Evi böyütməliyəm. İndi işim həddən artıq çoxdur”, – deyə körpələrin anası bildirib.

Qeyd edək ki, əkizlərdən başqa Nessin 7 – 24 yaş arasında daha dörd uşağı var.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir