Dünya

Aİ Ukraynaya doqquz milyard avro ayıracaq

Sharing is caring!

Avropa İttifaqı Ukraynaya doqquz milyard avro ayıracaq.

Bunu Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin sammitinin yekunlarına əsasən, birlik Ukraynaya maliyyə yardımı ayırmaq qərarına gəlib.

Moravetski qeyd edib ki, rəsmi Kiyevin sərhədçilərə, polislərə, tibb bacılarına və müəllimlərə maaş vermək üçün vəsaiti yoxdur. Məhz buna görə də Aİ yardım göstərməyə hazırdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir