Dünya

Bikinili çimərlik geyiminin yaradıcısı vəfat edib – FOTO/VİDEO

Sharing is caring!

Bikinili çimərlik geyiminin yaradıcısı Paula Stafford Avstraliyada vəfat edib. Ölümün səbəbi məlum deyil.

O, “Gold Coast” çimərliyində məşhur çimərlik geyimi tarixə düşdükdən təxminən 80 il sonra, 102 yaşında vəfat edib.

Stafford əvvəlcə memar olmaq niyyətində olsa da, sonradan fikrini dəyişib.

Bikinili çimərlik geyimi klassik çimərlik paltarının iki hissəyə bölünməsi ilə hazırlanıb, bu da onu hazırlamaq üçün lazım olan parça miqdarını azaldıb.

1943-cü ildə onun təqdim etdiyi geyim mühafizəkar Kvinslend ştatında ictimai rezonansa səbəb olub. Tezliklə Staffordun çimərlik geyimləri London və Nyu-Yorkda nümayiş etdirildi. Paula etiraf edib ki, modelin bu qədər geniş yayılacağını gözləmirdi.

Mənbə: 9News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir