Dünya

“Avroviziya 2023” barədə yekun qərar: Ukraynada keçirilməyəcək

Sharing is caring!

Avropa Yayım Birliyi (AYB) “Avroviziya 2023”ün Ukraynada keçirilməyəcəyi barədə yekun qərar qəbul edib.

Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

“AYB təşkilatçıların Ukraynanın yarışa ev sahibliyi etməkdən məhrum olması qərarı ilə bağlı ictimaiyyətin məyusluğunu tam başa düşür. AYB üçün birinci prioritet tədbirdə çalışan və iştirak edən bütün şəxslərin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün yarışa ev sahibliyi edən ölkə hazırlıqlara indidən başlamalıdır” – deyə bəyanatda bildirilib.

Müsabiqənin təşkilatçıları qeyd ediblər ki, “Avroviziya 2023”də işləmək üçün ən azı 10 min nəfər, o cümlədən çəkiliş qrupu, işçilər, jurnalistlər və s. gələcək. Həmçinin, tədbirə dünyanın hər yerindən 30 minə yaxın azarkeşin qatılacağı da gözlənilir.

Xatırladaq ki, Avropa Yayım Birliyi iyunun 17-də bəyan eitmişdi ki, 2023-cü ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi müharibənin davam etməsi səbəbindən Ukraynada keçirilə bilməz. Bu məqsədlə qurumun nümayəndələri bu il ikinci yeri tutan Böyük Britaniyaya müraciət ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir