Dünya

Mane “Liverpul”u unuda bilmir: “Hər məşqdən və azarkeşlər qarşısında oynamaqdan həzz alırdım”

Sharing is caring!

Cari transfer pəncərəsində Münhen “Bavariya”sına keçən “Liverpul”un sabiq hücumçusu Sadio Mane almaniyalı jurnalistlərin suallarını cavablandırıb.

Seneqal millisinin hücumçusu ilk təəssüratlarını və “Liverpul”la bağlı xatirələrini yada salıb.

“Enfild”də (“Liverpul” klubunun ev oyunlarını keçirdiyi stadion – red.) tam altı ilimi keçirdim və indi hər şey fərqlidir. Gözəl illər idi, sadəcə inanılmazdı. Orada olduğum ilk gündən, uşaqlarla hər məşqdən həzz alırdım. Xüsusilə də gözəl azarkeşlər qarşısında oynamaqdan”, – deyə 30 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, iyunun 22-də “Bavariya” rəhbərliyi seneqallı hücumçunun transferi ilə bağlı açıqlama yayıb. İlkin məlumatına görə, müqavilənin dəyəri 32 milyon avro olub. S.Mane yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir