Dünya

91 yaşlı media maqnatı supermodellə boşanır

Sharing is caring!

Avstraliyadan olan amerikalı biznesmen, media maqnatı Rupert Merdok və supermodel Cerri Holl boşanmağa qərar veriblər.

Altı illik münasibətdən sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Hesabında milyardları olan media maqnatı 91 yaşlı Rupert Merdok və hələ də “Saint Laurent” reklamlarında görünən 70-ci illərin əfsanəvi supermodeli, 65 yaşlı Cerri Holl arasındakı münasibət çoxlarına nağıl kimi görünürdü.

Ancaq görünür, cütlük altı illik evlilikdən sonra heç bir kompromisə gələ bilməyib.

“News Corp.”-a rəhbərlik edən Merdokun sərvəti 17,7 milyard dollardır. Onun ailəsi beş ölkədə 120 qəzetə (o cümlədən “The Wall Street Journal”, “The New York Post”, “The Sun”) ABŞ, Avropa, Latın Amerikası, Afrika və Asiyada bölmələri olan televiziya kabel şəbəkəsinə sahibdir.

Mənbə: New York Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.