Dünya

İlon Mask: “Tesla” insanabənzər robot nümayiş etdirəcək” – FOTO

Sharing is caring!

İlon Mask bildirib ki, “Tesla” sentyabrın sonuna qədər “Tesla Optimus” humanoid robotunun işlək prototipini yaratmağı planlaşdırır.

O, bu barədə Qətər İqtisadi Forumundakı çıxışı zamanı məlumat verib.

İş adamının sözlərinə görə, hər şey plan üzrə gedir.

Qeyd edək ki, robotun təchiz ediləcəyi süni intellekt sisteminin təqdimatı bu ilin avqustunda baş tutmalı idi. Lakin Mask tədbiri sentyabrın 30-na təxirə salıb. Gecikmənin səbəbinə gəlincə, “Tesla”nın baş direktoru proqramın robotla eyni vaxtda təqdim ediləcəyini vurğulayıb.

Mənbə: ferra.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir