Dünya

Çində 50 ilin rekordu qırıldı: İnsanlara xəbərdarlıq edildi – FOTO

Sharing is caring!

Çində aramsız yağışların selə səbəb olması və torpaq sürüşməsi nəticəsində yüz minlərlə insan təxliyə edilib.

Ölkənin cənubunda və şərqində çayların daşması və sel sularının 50 ilin ən yüksək göstəricisini keçməsi səbəbindən iki əyalətdə həyəcan siqnalı çalınıb.

Yerli mediada selin maşınları küçələrdə sürükləməsi və insanların sulardan çıxarılmasını əks etdirən görüntülər yayılıb.

Meteorologiya səlahiyyətliləri ölkədə 1961-ci ildən bu yana ən çox yağış düşdüyünü qeyd edirlər.

Çay kənarında və aşağı səviyyədə yerləşən ərazilərdə yaşayan insanlar yüksəklərə daşınmalarını istəyiblər.

Yerli səlahiyyətlilər vəziyyətin qarşıdakı günlərdə daha da pisləşəcəyi barədə xəbərdarlıq ediblər.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir