Dünya

Azərbaycanda Nəvai necə tanınırsa, Özbəkistanda Nizami o cür sevilir – VİDEO

Sharing is caring!

Azərbaycan və Özbəkistan arasında mədəni və siyasi əlaqələr illərin sınağından keçərək ən yüksək səviyyəyə yüksəlib. İki qardaş xalqı birləşdirən sadəcə dil, din, soykökü deyil, eyni zamanda ortaq dəyərlər və qarşılıqlı məhəbbətdir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəlləri Özbəkistanda necə dillər əzbəridirsə, görkəmli Özbəkistan şairi Əlişir Nəvainin şeirləri də ölkəmizdə bir o qədər məşhurdur. Məhz bu səbəbdən iki dahi şəxsiyyətin qardaş ölkələrdə abidələri ucaldılıb. 

Bütün bunların fonunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri və həmkarı Şavkat Mirziyoyev tərəfindən təmtəraqla qarşılanması bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir