Dünya

İstanbul mexanizmi çərçivəsində Odessadan üç dəhlizin açılması müzakirə edilir

Sharing is caring!

Rusiya, Ukrayna, Türkiyə və BMT İstanbul mexanizmi çərçivəsində taxıl ixracı üçün Odessa limanlarından üç təhlükəsiz dəhliz açmaq imkanını nəzərdən keçirirlər.

Bu barədə TASS Ankaradakı mənbəyə istinadla bildirib.

“Birinci mərhələdə Odessanın dörd limanından üç təhlükəsiz dəhlizin açılması imkanları nəzərdən keçirilir”, – mənbədən bildirilib.

Bu dördtərəfli mexanizmin işə düşməsi və Türkiyədə kənd təsərrüfatı məhsullarının tədarükünün başlanması ilə taxıldan hazırlanan məhsulların qiymətlərinin 20-25% ucuzlaşacağı da gözlənilir.

Xatırladaq ki, Moskvada Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Ankara bu danışıqları müsbət və konstruktiv adlandırıb. Türkiyənin Milli Müdafiə Nazirliyi Ukrayna taxılının ixracı ilə bağlı Ankara ilə Moskva arasında məsləhətləşmələrin davam etdirilməsinə qərar verildiyini qeyd edib. O cümlədən yaxın vaxtlarda Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə taxıl problemi ilə bağlı toplantının keçirilməsinin planlaşdırıldığı bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir