Dünya Manşetüstü

“ABŞ-ın bu sənədi Rusiyaya qarşı çıxmaq üçün yetərli deyil”

ABŞ Müdafiə Nazirliyinin yeni “Arktika strategiya sənədi” irəliyə doğru atılmış bir addımdır, ancaq Rusiya və Çinə qarşı çıxmaq üçün yetərli deyil.

XeberAl.az xəbər verir ki, bunu Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin professoru Hal Brands bildirib.

Brands qeyd edib ki, qarşıdakı illərdə ən böyük iki qlobal məsələ super güclər arasındakı rəqabətin yenidən başlaması və iqlim dəyişikliyi olacaq. Bu məsələlərin kəsişmə nöqtəsində Arktika var və bu bölgənin getdikcə artan əhəmiyyəti qlobal iqtisadiyyatı və siyasəti yenidən formalaşdırır.