Dünya

Mayami polisi ukraynalılara göndərmək üçün şəhər əhalisindən silah alır – FOTO

Sharing is caring!

Mayami Polis İdarəsi “Ukrayna üçün silah” proqramını həyata keçirib – cəbhədəki ukraynalılara göndərmək üçün şəhər əhalisindən odlu silahları satın alıb.

Tapançalar üçün 50 dollar, ov tüfəngləri üçün 100 dollar və AK-47 və ya AR-15 kimi tüfənglər üçün 150 dollar ödənilib.

“Odlu silahlarınızı təhvil vermək üçün hələ də gec deyil, heç bir sual verilmir! Silahların alınması Mayami şəhər meriyasında saat 14:00-a qədər həyata keçirilir”, – deyə Mayami Polis İdarəsi “Twitter”də #SupportUkraine və #GunBuyBack heşteqlərini əlavə edərək yazıb.

Mayami polis rəisi Manuel Moralesin sözlərinə görə, bu yolla 68 silah toplanıb, amma “onlardan yalnız bir neçəsi Ukraynadakı dostlarımıza göndərmək üçün uyğundur”.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir