Dünya

Katerina Yuşşenko Bakıda “Haber Global”a danışdı: “Uşaqlarımızın adını Bayraktar qoyuruq” – VİDEO

Sharing is caring!

Azərbaycanda keçirilən Bakı Forumuna qatılan Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko “Haber Global”la müsahibə verərək bildirib ki, Rusiya dünyanın quruluşunu dəyişmək istəyir:

“İlk növbədə, Putin hakimiyyətdə qalmaq istəyir. Onun ətrafındakılar rus xalqından hər şeyi oğurlayıblar və onlar da hakimiyyəti saxlamaq istəyirlər. Rəqabəti məhv etmək istəyirlər. Putin yeni Böyük Pyotr olmaq və imperiyanı diriltmək istəyir. O, ukraynalıların dilinə, tarixinə məhəl qoymur. Dəyişdirə bilmədiyi şeyi məhv etmək istəyir”.

“Biz Türkiyəyə minnətdarıq. Türkiyə bizə hərbi yardım edən ilk ölkələrdən biri olub. Əgər bu yardımı almasaydıq bu gün bu vəziyyətdə olmaya bilərdik. Xüsusilə “Bayraktar” PUA-larına minnətdarıq. İndi uşaqlarımıza “Bayraktar” adı veririk. Prezident Ərdoğana vasitəçilik səylərinə görə təşəkkür edirik. Biz Türkiyənin mövqeyini anlayırıq. Ümid edirik ki, o, Rusiyaya, xüsusən də oliqarxlara qarşı sanksiyalarla bağlı daha sərt addımlar atacaq”, – deyə Ukraynanın keçmiş birinci xanımı bildirib.

Yuşşenko “Müharibə nə vaxt bitəcək” sualına isə “Biz qalib gələndə bitəcək” cavabını verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir