Dünya

Hindistan Rusiyadan neft və silahı rupi ilə almağı təklif edib

Sharing is caring!

Hindistan neft və silah almaq üçün rupi ilə ticarət etməyi Rusiyaya təklif edir.

Yeni Dehli Rusiyanın dövlət bankları VTB və “Sberbank”da saxlanan təxminən 2 milyard dollar rupidən istifadə etməyi planlaşdırır.

Tərəflər bu həftə Rusiya rəsmilərinin Hindistan paytaxtına səfərindən sonra bu barədə razılığa gələ bilərlər. Tərəflər razılaşarsa, 2022-ci ilin sonuna qədər Rusiya hesablarındakı əmanətlər 5 milyard dollara qədər arta bilər.

Qərbin sanksiyaları səbəbindən ucuzlaşan Rusiya nefti Hindistana inflyasiya ilə bağlı kömək edə bilər. Bundan əlavə, Yeni Dehli əczaçılıq, plastik və kimyəvi məhsulların ixracını artırmaq üçün çalışır.

Hindistan Rusiya silahlarının dünyada ən böyük alıcısıdır və böyük dövlətlər arasında yaranmış gərginlikdə neytral mövqe tutmağa çalışır.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir