Dünya manset

16 il azadlıqdan məhrum olunmuş generalın iddiası – 1 milyon…

Sharing is caring!

Vaxtilə 16 il azadlıqdan məhrum edilmiş general Əbdülqadir Əryılmaza məhkəmə 42 min türk lirəsi təzminat ödənməsinə qərar verib.

XeberAl.az xəbər verir ki, general Balyoz adlı qeyri-ciddi məhkəmə işinə görə həbs edilib, 21 ay həbs yatdıqdan sonra məhkəmə onun günahsız olduğunu aşkarlayıb.

Bəraət alan generalın vəkili məhkəmədə 1 milyon 41 min türk lirəsi civarında təzminat davası açıb. İstanbul məhkəməsi generalın maddi təzminatını rədd edib, amma onun haqsız həbsi, sosial və iqtisadi durumu nəzərə alınaraq 400 min türk lirəsi təzminat ödənilməsi haqda qərar çıxarıb.

Apelyasiya instansiyası bu qərarı ləğv edərək generala 42 min manat təzminat ödənməsini əsaslı görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir