Dünya Manşetüstü

Yaponiya orduya pilotsuz helikopterlər alır

Yaponiya hökuməti 2023-cü ildən etibarən ordusunu 20 ədəd pilotsuz helikopterlə təchiz etmək istəyir.

XeberAl.az xəbər verir ki, bu barədə “İomiuri” nəşri yazıb.

Məlumata görə, yaponlar 2022-ci ilə qədər mümkün ehtimalları nəzərdən keçirəcək. 2023-cü ildən başlanılacaq alışlarda ilkin mərhələdə 3 belə texnika alınacaq. Sonrakı 10 ildə sözügedən texnikanın sayının 20-ə çatdırılması gözlənilir.