Dünya manset

Trampın istədiyi oldu – Ali Məhkəmədən QƏRAR

Sharing is caring!

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın Meksika sərhəddində inşa etmək istədiyi divar üçün Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən 2,5 milyard dolların ayrılması qərarını təsdiqləyib.

XeberAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali Məhkəmə bununla da büdcə vəsaitinin sərhəd divarı üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.

Qeyd edək ki, qeyri-leqal miqrantların keçməsinin qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi. Lakin demokratlar indiyə kimi buna maneə olurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir