Dünya manset

Köçəryanın cinayət işi üzrə icraat dayandırıldı

Sharing is caring!

Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın cinayət işi üzrə icraatı dayandırıb və onu məsləhətləşmə aparılması məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərib.

XeberAl.az  Azərtac-a istinadən xəbər verir ki, iyulun 18-də qəbul olunan məhkəmə qərarına əsasən, Konstitusiya Məhkəməsi sabiq prezidentin barəsində cinayət işi üzrə yekun qərarı hər iki beynəlxalq hüquq təşkilatının rəyindən sonra verəcək. Bu ərəfədə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Köçəryanın azadlığa buraxılması qərarını ləğv edib və sabiq dövlət başçısı yenidən həbsxanaya göndərilib. Ermənistanın hüquq-mühafizə orqanları isə birinci instansiya məhkəməsinin hakimini təqib etməyə başlayıblar.

R.Köçəryana qarşı 2008-ci ildə Ermənistanda Konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir