Dünya

Ukrayna Ərdoğanın Putinlə danışıqlara dair təklifinə cavab verib

Sharing is caring!

Rəsmi Kiyev Türkiyə Prezidenti Ərdoğanın ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə konfransa dəvət etməsinə ilkin razılığını verib.

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Kiyev Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.

“Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm – həmin razılaşmalar Türkiyə və Rusiya prezidentləri arasında olub. O ki qaldı Ukrayna Prezidenti Ofisinin mövqeyinə, əgər Rusiya Prezidenti buna razılıq versə, biz də buna baxacağıq”, – Nikiforov bildirib.

Qeyd edək ki, hələlik Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın ikitərəfli danışığını təsdiqləyib.

Mənbə: “Strana.ua”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir