Dünya Manşetüstü

Rusiyaya təhlükəli maddə aparan erməni Gürcüstanda yaxalandı

Gürcüstanla Ermənistan arasında yerləşən Sadaxlı gömrük postunda erməni vətəndaşı saxlanılıb.

XeberAl.az xəbər verir ki, saxlanılan şəxs Rusiyaya radioaktiv materiallar aparmaqda təqsirləndirilir.

Açıqlamalara görə, Ermənistan vətəndaşı idarə etdiyi mikroavtobusda 4 paketə bükülmüş, insan həyatı üçün olduqca zərərli maddəni Gürcüstan ərazisindən keçirməyə cəhd göstərib. Ekspertiza nəticəsində məlum olub ki, qablaşdırmaların çəkisi 71, 63 kq-a bərabərdir. Radioaktiv izotop material isə sağlamlıq üçün çox təhlükəli hesab olunur. .

Qablaşdırmadakı maddələrin şüalanma dərəcəsi saatda 18 mikrozivertə bərabərdir.

Xatırladaq ki, maksimal təhlükəsizlik saatda 0,5 mikrozivert hesablanır.

Saxlanılan erməni artıq Tbilisi şəhər məhkəməsinə təhvil verilib. Onu 5 ildən 10 ilədək cəza gözləyir.