Dünya

İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artıb – FOTO

Sharing is caring!

İranın Abadan şəhərində 10 mərtəbəli “Metropol” binasının çökməsi nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, mayın 23-də yerli vaxtla 12:30-da Abadanda 10 mərtəbəli bina çöküb.

Xatırladaq ki, “Metropol” binasının çökməsi ilə bağlı bir neçə dövlət məmuru tutulub. Saxlanılan 10 nəfər arasında Abadanın hazırkı bələdiyyə başçısı və iki keçmiş bələdiyyə sədri də var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir