Dünya

İstanbulda qətl: Öldürülən üç nəfərdən biri Əkrəm İmamoğlunun işçisi idi

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində bir evdən üç meyit tapılıb.

Səhər saatlarında dördmərtəbəli binanın üçüncü mərtəbəsindən gələn silah səslərindən sonra qonşular polis çağırıblar.

Hüquq-mühafizə əməkdaşları 27 yaşlı qızın, 34 və 29 yaşlı iki kişinin meyitləri ilə qarşılaşıblar.

Məlum olub ki, 34 yaşlı Yavuz Səlim Bektaş əvvəl keçmiş sevgilisi Beril Varolu, sonra onunla birlikdə yaşadığı iddia edilən 29 yaşlı Ömər Akını silahla öldürüb və intihar edib.

Faktla bağlı araşdırma başlanıb.

Müəyyən edilib ki, qətlə yetirilən Beril Varol İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) əməkdaşı olub. İBB sədri Əkrəm İmamoğlu hadisə ilə bağlı “Twitter” səhifəsində paylaşım edərək böyük kədər və qəzəb hissi keçirdiyini yazıb.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir