Dünya

Xəzər dənizi kruizləri Rusiya, Azərbaycan, İran və Qazaxıstanı birləşdirə bilər

Sharing is caring!

Rusiya Federal Turizm Agentliyi (“Rosturizm”) Xəzər dənizində beynəlxalq kruizlərin açılması imkanlarını nəzərdən keçirir.

Bu məsələ agentliyin rəhbəri Zarina Doquzovanın Dağıstana səfəri zamanı müzakirə olunub.

Xəzər dənizinin sahilboyu zonasında turizm infrastrukturunun inkişafı məsələsi müzakirə edilib. Doquzova əmindir ki, Xəzər çimərlikləri yay aylarında həddindən artıq yüklənən Qara dəniz kurortlarına alternativ ola bilər.

Həmçinin, Rusiyada kruiz turizminin inkişafı çərçivəsində Xəzər dənizində kruizlərin, o cümlədən Azərbaycan, Qazaxıstan, İran və digər limanlarda beynəlxalq kruizlərin təşkili müzakirə olunub.

Mənbə: Vestnik Kavkaza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir