Dünya manset

ABŞ-dan biabırçı əməliyyat: 13 dinc sakin öldürüldü

Sharing is caring!

ABŞ liderliyində koalisiya qüvvələri və YPG/PKK terror təşkilatı Suriyanın Deyr əz Zor qəsəbəsində İŞİD üzvünə qarşı əməliyyat keçirən zaman 13 dinc sakini öldürüb.

XeberAl.az xəbər verir ki, ABŞ-ın Suriyada əsas müttəfiqi olan PKK-nın törəmə şəbəkəsi və anti-İŞİD koalisiya qüvvələri gecə saatlarında İŞİD terrorçusunu yaxalamaq üçün hava əməliyyatına başlayıb.

ABŞ-a məxsus helikopterlərlə Tikhi bələdiyyəsinə gələn YPG terrorçuları İŞİD üzvünün olduğu evi atəşə tutub. Bu zaman 13 mülki şəxs öldürülüb.

Baş verən biabırçı hadisəyə görə,ABŞ tərəfindən açıqlama verilməyib.

Suriya İnsan Haqları Təşkilatı ABŞ liderliyində qurulan anti-İŞİD koalisiyasının 2014-cü ildən bu yana 924-ü uşaq və 656-sı qadın olmaqla ümumilikdə 3035 mülki insanı qətlə yetirdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir