Dünya

Belarus Ukrayna istiqamətində operativ komandanlıq yaradır

Sharing is caring!

Belarus Silahlı Qüvvələri Cənub Əməliyyat Komandanlığı yaratmağı planlaşdırır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyində hərbi təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair müşavirədə bildirib.

“Təəssüf ki, cəunb istiqamətində yeni cəbhə açılıb və biz buna diqqət yetirməyə bilmərik. Biz bu barədə artıq danışmışıq. Müdafiə naziri təklif edib ki, başqa bir əməliyyat komandanlığı açaq. Qərb, şimal-qərb ilə birlikdə cənub qanadı da olacaq”, – Aleksandr Lukaşenko qeyd edib.

Dövlət başçısı çıxışında müharibə ehtimalını da istisna etməyib.

“Bu, müharibə şəraitidir. Amma hələlik müharibə yoxdur. Biz bu şəraitdə planlaşdırma işləri aparmalıyıq. Əgər Allah eləməsin, müharibə olsa, necə hərəkət edəcəyik?”, – dövlət başçısı vurğulayıb.

Mənbə: BELTA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir