Dünya

Zelenski: “Deyəsən, Kissincerin təqvimində 2022-ci il yox, 1938-ci ildir”

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müharibənin dayandırılması müqabilində ərazilərin bir hissəsinin itirilməsinə razılıq vermək təklifinə cavab verib.

Zelenskinin cavabı onun rəsmi saytında dərc olunan müraciətində qeyd olunub.

“Deyəsən, cənab Kissincerin təqvimində 2022-ci il yox, 1938-ci ildir və o, Davosda deyil, ovaxtkı Münhendə tamaşaçılar qarşısında çıxış etdiyini düşünür”, – deyə Ukrayna Prezidenti bildirib.

“Yeri gəlmişkən, 1938-ci ildə cənab Kissincerin ailəsi faşist Almaniyasından qaçarkən onun 15 yaşı var idi və o, hər şeyi gözəl başa düşürdü. Və o zaman ondan eşitmədilər ki, nasistlərdən qaçmaq və ya onlarla döyüşmək əvəzinə onlara adaptasiya olmaq lazımdır”, – deyə Zelenski vurğulayıb.

Mənbə: Ukrainskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.