Dünya

Türkiyə İsveç və Finlandiyadan 40 terrorçunun təhvil verilməsini tələb etdi

Sharing is caring!

İsveç və Finlandiyadan 40 terrorçunun təhvil verilməsini tələb etdik.

Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətlərinin görüşündən sonra mətbuata açıqlamalar verən Kalın ölkəsinin terrorla mübarizəni davam etdirəcəyini bildirib.

“Türkiyə 70 ildir ki, üzərinə düşən vəzifələri yerinə yetirir. Terrorizmə qarşı qətiyyətli mübarizəmiz də NATO-nun prioritetləri sırasındadır. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı hazırda üzvlük üçün müraciət edən ölkələrdə PKK, YPG və PYD kimi terror təşkilatlarının olmasıdır… Biz İsveç və Finlandiyadan cəmi 40 terrorçunun təhvil verilməsini istədik. Obama dövründən bəri ABŞ idarəçilərinin PKK və YPG-nin ayrı-ayrı təşkilatlar olduğuna dair açıqlama və arqumentlərinin bizim üçün etibarsız olduğunu da bildirdik. Biz istəyirik ki, Müdafiə Sənayesi üzərindən sanksiyalar qaldırılsın. YPG və PYD-nin fəaliyyətinin ört-basdır edilməsi bizim üçün qəbuledilməzdir. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı konkret addımlarla və konkret vaxtda qarşılanmadıqca üzvlük prosesinin baş tutmayacağını söylədik”, – deyə Ərdoğanın sözçüsü bəyan edib.

Kalın qeyd edib ki, Türkiyəyə və terror təşkilatlarına münasibətdə zehniyyət dəyişikliyi vacibdir.

Mənbə: “Haber Global”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir