Dünya

İnvestisiya şirkətinin direktoru: “ABŞ Rusiyanı süni defolta məcbur edir”

Sharing is caring!

ABŞ Maliyyə Nazirliyinin ümumi lisenziyanın müddətini uzatmaqdan imtina etməsi Rusiyanın süni defolta məcbur edilməsi deməkdir. Bu barədə TASS-a Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak məlumat verib.

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin Qərbdə dondurulmuş valyuta ehtiyatlarından Rusiyanın suveren istiqrazları üzrə faiz ödənişləri etmək üçün lisenziyanı yeniləməmək qərarı faktiki olaraq bu öhdəlikləri defolt kateqoriyasına keçirəcək. Bu situasiyanı süni defolta məcbur etməkdən başqa bir şey adlandırmaq olmaz”, – deyə Şostak qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiyanın xarici borcunu ödəmək üçün kifayət qədər vəsaiti var. Eyni zamanda xarici valyutada vəsait köçürmək mümkün olmadıqda, Rusiya Maliyyə Nazirliyi istəyən hər kəsə rubl hesabı açmaq təklif edə bilər.

O əlavə edib ki, süni defolt ölkə daxilində vəziyyətə ciddi təsir göstərməyəcək. Bundan başqa, Rusiya kapital bazarlarından çıxarılıb, ona görə də ölkə xarici borc götürməyəcək.

Mayın 24-də ABŞ Xəzinədarlığı Rusiyaya xarici borcunu bağlamaq üçün ödənişlər etməyə icazə verən lisenziyanı ləğv edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir