Dünya manset

“Bu savaşda İran yox ediləcək” – “Hizbullah” liderindən şok açıqlama

“Ehtimal olunan ABŞ-İran savaşında İsrail bitərəf qalmayacaq, ABŞ tərəfdən çıxış edəcək”.

XeberAl.az  xəbər verir ki, bunu “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah deyib.

Təşkilat lideri İranın İsraildən güclü olduğunu iddia edib:

“İran İsraili sərt və intensiv formada bombardman etmək gücünə sahibdir. Amerikalılar bu savaşın İsraili yox edə biləcəyini bildiyi üçün bu məsələni yenidən nəzərdən keçirəcəklər”.