Dünya

Finlandiya XİN: “Türkiyəyə PKK ilə bağlı zəmanət verə bilərik”

Sharing is caring!

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Yle” telekanalına müsahibəsində bildirib ki, Helsinki Ankaraya Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrin daha diqqətlə izlənəcəyinə zəmanət verə bilər.

“Türkiyəyə bu cür zəmanətləri sözsüz ki, verə bilərik. PKK Avropada terror təşkilatı kimi qəbul edildiyi üçün Finlandiyada da terror fəaliyyətinin qarşısının alınması vacibdir. Bizim də bu işə öz töhfəmizi verməmiz vacibdir”, – deyə o bəyan edib.

Həmçinin, XİN rəhbəri Türkiyə ilə NATO-ya üzvlüklə bağlı fikir ayrılıqlarının həlli məsələsində nikbin olduğunu qeyd edib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.