Dünya

Tbilisidə sərnişin avtobusunda dəhşətli QƏTL: Arvadının boğazını kəsdi

Sharing is caring!

Tbilisidə Quramişvili prospektində sərnişin avtobusunda qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, kişi mübahisə zəminində həyat yoldaşının boğazını bıçaqla kəsib.

Hadisənin cütlüyün azyaşlı övladlarının gözləri qarşısında baş verdiyi bildirilir. Qadın aldığı yaralardan ölüb.

Cinayəti törədən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir