Dünya

“Meymun çiçəyi” daha bir Avropa ölkəsində peyda oldu

Sharing is caring!

Niderlandda aparılan laboratoriya müayinələri nəticəsində Belçikanın ikinci böyük şəhəri Antverpendə nümunələri götürülən bir şəxsin “meymun çiçəyi” virusuna yoluxduğu məlum olub.

Virusun geniş yayılma şansının çox aşağı olmasına baxmayaraq, vəziyyət nəzarətdədir.

Belçikalı xəstənin karantinə alınması istənilib. Oxşar simptomlar “meymun çiçəyi” virusuna yoluxmuş şəxsin həyat yoldaşında da aşkarlanıb.

Belçikalı ekspertlər bu gün ümumi fəaliyyət planı müəyyən etmək üçün bir araya gələcəklər.

Qeyd edək ki, Avropada ilk dəfə Britaniyadan gələn şəxsdə aşkar edilən virusa artıq bir çox ölkələrdə rast gəlinib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir