Dünya

Anti-Azərbaycan mövqeli erməni kinoprodüser həbs edildi

Sharing is caring!

Ermənistan məhkəməsi prodüser Armen Qriqoryanın iki ay müddətinə həbs olunması barədə qərar qəbul edib.

Bu barədə vəkil Ruben Melikyan məlumat verib.

“Məhkəmə qətimkan tədbiri kimi iki aylıq həbs barədə qərar çıxarıb. Mən israrla bildirirəm ki, bu işin müstəsna siyasi çalarları var”, – deyə Melikyan bildirib.

Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir gün əvvəl Qriqoryanın saxlanması barədə məlumat yayıb. O, Ermənistanın iki rayonunun sakinlərini təhqir etməkdə ittiham olunub. Müstəntiqlərin sözlərinə görə, Qriqoryan internetdə dərc olunan ictimai çıxışında onların etnik mənşəyini şübhə altına alıb.

Xatırladaq ki, Qriqoryan kəskin antiazərbaycan, eyni zamanda da rusiyayönümlü mövqeyə malik ictimai xadim kimi tanınır və indiki Ermənistan hakimiyyətinin əleyhdarıdır. Qriqoryanın həm Ermənistan, həm də Rusiya vətəndaşlığı var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir